Kreml Şoyqunun müavininin dövlətə xəyanətdə ittiham olunmasına münasibət bildirib

Kreml Şoyqunun müavininin dövlətə xəyanətdə ittiham olunmasına münasibət bildirib
# 24 aprel 2024 13:52 (UTC +04:00)

Kreml Rusiya Federasiyasının müdafiə nazirinin həbs olunan müavini Timur İvanovun dövlətə xəyanətdə ittiham olunduğu barədə yayılan məlumatlara münasibət bildirib.

APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu barədə heç nə bilmədiyini, rəsmi məlumatlara istinad etməyin vacib olduğunu söyləyib.

"İvanovun işi ilə bağlı araşdırma aparılır və bu mövzuda hər hansı fərziyyə spekulyasiyadan başqa bir şey deyil", deyə Kremlin sözçüsü vurğulayıb.

Peskov Vladimir Putinin Sergey Şoyqu ilə daim təmasda olduğunu da söyləyib.

Qeyd edək ki, rüşvət ittihamı ilə aprelin 23-də saxlanılan və bu gün məhkəmə tərəfindən iki aylıq müddətə həbs olunan Rusiya MN başçısının müavini Timur İvanovun əslində dövlətə xəyanət ittihamı ilə saxlanıldığı bərədə məlumat yayılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR