Rusiya Ukraynada nizamlanma üzrə danışıqlar üçün Əbu-Dabini prioritet məkan hesab edir.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.
Kreml rəsmisi onu da bildirib ki, ABŞ-nin Ukrayna üçün yol xəritəsini görməyib.
O qeyd edib ki, ABŞ hərbi əməliyyatlara tezliklə son qoymaq üçün Ukraynaya birbaşa yardım göstərməyi dayandıra bilər.
Uşakov bildirib ki, ABŞ Ukraynada sürətli bir həll yolu tapmaq üçün Kiyevə bütün yardımları dayandırmalıdır:
"ABŞ-ın Kiyevə yardımı Trampın dövründə nəzərəçarpacaq dərəcədə azalıb. Putin və Tramp Ukraynadakı vəziyyəti həll etmək üçün Rusiya və ABŞ-ın mümkün addımlarını müzakirə ediblər".