Bank Of Baku

Lavrov: Rusiya və İran arasında strateji əməkdaşlıq davam etdiriləcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov

© APA | Rusiyanın xarici işlər naziri Sergey Lavrov

# 19 oktyabr 2026 18:12 (UTC +04:00)

Ümid edirəm ki, İran Prezidenti Rusiyaya səfər edəcək.

APA-nın Tehran bürosunun xəbərinə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Tehranda iranlı həmkarı Abbas Əraqçi ilə görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib.

Görüşün səmərəli keçdiyini deyən Lavrovun sözlərinə görə, İran və Rusiya arasında strateji əməkdaşlıq davam etdiriləcək.

Lavrov Tehran və Moskvanın ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində ortaq iradəsini vurğulayıb.

Nazir Rusiyanın İrana praktiki dəstəyinə də toxunub. Lavrov qeyd edib ki, Moskva BMT-də İrana qarşı təcavüzə haqq qazandırmaq cəhdlərinə qarşı çıxıb, həmçinin dərman və ərzaq məhsulları da daxil olmaqla humanitar yardım yüklərini İrana göndərib.

O, iki ölkə arasında yüksək səviyyəli məsləhətləşmələrin davam etdiriləcəyini də qeyd edib. Lavrov İran Prezidenti Məsud Pezeşkianın yaxın vaxtlarda Moskvada keçiriləcək Qaz ixrac edən ölkələrin Forumunun (GECF) dövlət və hökumət başçıları sammitində iştirak etmək üçün Rusiyaya səfər edəcəyinə ümidvar olduğunu bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR