Lavrov: Ukrayna ABŞ silahları ilə Rusiya ərazisini vurur

Lavrov: Ukrayna ABŞ silahları ilə Rusiya ərazisini vurur
# 24 may 2024 15:02 (UTC +04:00)

Ukrayna ABŞ silahları ilə Rusiya ərazisini vurur.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

O qeyd edib ki, Amerika silahları artıq Rusiya ərazisində – Ukraynadakı münaqişə zonasından kənarda müxtəlif hədəflərdə istifadə olunur.

"ABŞ və digər Qərb ölkələri tərəfindən Kiyevə verilən silahlar artıq Rusiya ərazisindəki mülki hədəflərə zərbələr endirir" , - deyə Rusiya XİN başçısı vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR