Mahaçqalada kilsədə girovların olması barədə məlumat yayılıb

Mahaçqalada kilsədə girovların olması barədə məlumat yayılıb
# 23 iyun 2024 22:45 (UTC +04:00)

Mahaçqalada kilsədə girovların olması barədə məlumat yayılıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, yerli media Mahaçqalada silahlıların əlində əsirlərin olması barədə məlumat yayıb.

"Kilsədən kənarda döyüşlər gedir, keşiş və kilsəyə ziyarətə gələnlər otaqlardan birində barrikada qurublar", deyə RİA Novosti kilsənin içərisində silahlıların olmadığı barədə xəbər yayıb.

Dağıstanın Daxili İşlər Nazirliyi agentliyə Mahaçqaladakı kilsədə girovların olması ilə bağlı məlumatı təkzib edib.

Qurumdan bildirilib ki, kilsənin yaxınlığında atışma gedir.

REN TV-nin mənbəsinin verdiyi məlumata görə, Mahaçqalada kilsədə girovlar yoxdur, təhlükəsizlik qüvvələri zirehli texnikadan istifadə edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR