Rusiya İstintaq Komitəsinin sədri Dövlət Dumasını axmaq adlandırıb - VİDEO

Rusiya İstintaq Komitəsinin sədri Dövlət Dumasını axmaq adlandırıb - VİDEO
# 27 iyun 2024 15:46 (UTC +04:00)

Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Rusiya Dövlət Dumasını "Qosudarstvennaya Dura" adlandırıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, Peterburqda keçirilən Beynəlxalq Hüquq Forumunun iclası çıxışı zamanı miqrasiya məsələləri müzakirə olunarkən Bastrıkin Dövlət Dumasının ölkədə miqrantlarla bağlı vəziyyətə etinasız yanaşmaqda ittiham edib.

"Mən həqiqətən bilmək istərdim ki, bizim "Qosudarstvennaya Dura"mız nə vaxt yaxşı qanunlar qəbul edəcək", - deyə Rusiya İstintaq Komitəsinin sədri ölkə parlamentinin aşağı palatasını təhqir edib.

Qeyd edək ki, "dura" sözü rus dilindən tərcümədə "axmaq" deməkdir.

Dövlət Dumasını spikeri Vyaçeslav Volodinin Bastrıkinin məlum açıqlamasına reaksiyası özünü çox gözlətməyib. Volodin bildirib ki, İstintaq Komitəsinin rəhbəri "Qosudarstvennaya Dura" ifadəsi ilə xalqı təhqir edib, çünki deputatları vətəndaşlar seçirlər.

Əlavə edək ki, Bastrıkin Rusiyada tez-tez miqrantlar əleyhinə sərt açıqlamaları ilə gündəmə gələn dövlət rəsmisidir. O, Peterburq Hüquq Forumunda çıxışında Rusiyada miqrasiya qanunun sərtləşdirilməsini, qanunu pozanların məsuliyyətinin artırılmasını təklif edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR