Moskva vilayətinin Klimovsk şəhərində Ukraynanın dron hücumu nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Moskva vilayətinin qubernatoru Andrey Vorobyov bildirib.
Onun sözlərinə görə, PUA hücumundan sonra üç avtomobil yanıb, yaxınlıqdakı çox mənzilli binanın pəncərələri sınıb.