Paşha Bank
Bank Of Baku

Rusiya Putinin həbsinə order verən prokuror və BCM-in digər 8 nümayəndəsinin ekstradisiyasını tələb edir

Kərim Xan

© APA | Kərim Xan

# 08 oktyabr 2026 13:29 (UTC +04:00)

Rusiya Baş Prokurorluğu Niderlanddan və bir neçə başqa ölkədən Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) axtarışda olan rəhbərliyinin ekstradisiyasını tələb edir.

APA-nın Moskva bürosu xəbər verir ki, ekstradisiya üçün 9 nəfər, o cümlədən BCM-in sədri Pyotr Hofmanski və prokuror Kərim Xanla bağlı sorğu göndərilib.

Baş Prokurorluqdan bildirilib ki, Rusiya BCM-in üzvü olmasa da və onun yurisdiksiyasını tanımasa da, məhkəmə Rusiya vətəndaşlarını qanunsuz olaraq məsuliyyətə cəlb edib.

Qeyd edək ki, 2023-cü ildə BCM Rusiya Prezidenti Vladimir Putin və uşaq ombudsmanı Mariya Lvova-Belova barəsində həbs qərarı verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR