Bank Of Baku

Moskvada restoran sahibinin avtomobili atəşə tutulub, saxlanılan var

Moskvada restoran sahibinin avtomobili atəşə tutulub, saxlanılan var
# 13 avqust 2026 21:51 (UTC +04:00)

Moskvanın mərkəzində "Levantine" restoranının sahibi Şaiq Süleymanova məxsus avtomobil atəşə tutulub.

Rusiya mediasının məlumatına görə, hadisə ötən axşam Trubnikovski döngəsində baş verib.

Naməlum şəxs 46 yaşlı biznesmenin idarə etdiyi “Range Rover” markalı avtomobilə bir neçə dəfə atəş açaraq hadisə yerindən qaçıb. Şaiq Süleymanov xəsarət almayıb və polisə müraciət edib.

Hadisə yerində 9 mm çaplı üç giliz aşkarlanaraq ekspertizaya göndərilib.

Polis atəş açan şəxslərdən birinin şübhəli qismində saxlanıldığını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR