Ermənistanın Baş naziri Nikol Paşinyan “İnnoprom” beynəlxalq sənaye sərgisində iştirak etmək üçün Yekaterinburqa səfər edəcək.
Bu barədə Rusiya “Telegram” kanalları məlumat yayıb.
Ermənistan liderinin adı sərginin iştirakçıları siyahısında yer alıb.
Ermənistan Baş nazirinin iyulun 7-də Rusiya hökumətinin sədri Mixail Mişustinlə birlikdə Ural paytaxtına gedəcəyi və əsas strateji sessiyada çıxış edəcəyi gözlənilir.
“İnnoprom-2026” iyulun 6-dan 9-dək Yekaterinburqda keçiriləcək.