Bank Of Baku

NYT: ABŞ Venesuela müxalifət lideri Maçadonun ölkəyə qayıtmasına dəstək verməyib

Venesuelalı müxalifətçi, Nobel Sülh Mükafatı laureatı Mariya Korina Maçado

© APA | Venesuelalı müxalifətçi, Nobel Sülh Mükafatı laureatı Mariya Korina Maçado

# 02 iyul 2026 03:47 (UTC +04:00)

Venesuelalı müxalifətçi, Nobel Sülh Mükafatı laureatı Mariya Korina Maçadonun ölkəyə qayıtmaq üçün ABŞ-dan etdiyi müraciət Vaşinqton tərəfindən rədd edilib.

Bu barədə "The New York Times" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, 2025-ci ildə Nobel Sülh Mükafatını almaq üçün Venesuelanı tərk edən Maçado zəlzələdən zərərçəkənlərə yardım göstərmək məqsədilə ölkəsinə qayıtmaq istədiyini ABŞ administrasiyasına bildirib. Lakin Donald Tramp administrasiyası onun müraciətini rədd edərək, artıq maneəyə çevrildiyini qeyd edib.

Nəşrin yazdığına görə, Ağ Ev Venesuela ilə münasibətlərdə sabitliyi və mövcud hakimiyyətlə əməkdaşlığı üstün tutur. ABŞ rəsmiləri Maçadoya sakit qalmağı tövsiyə etsələr də, o bu məsləhətə əməl etməyib.

Nəşr qeyd edir ki, Maçado ötən həftəsonu Kurasao üzərindən Venesuelaya daxil olmağa cəhd edib. Lakin adanın xarici siyasətinə cavabdeh olan Niderland hakimiyyəti ABŞ-ın dəstəyi olmadan onun əraziyə girişinə icazə verməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR