Orban Avropa İttifaqının rəhbərliyinə istefa verməyi tövsiyə edib

Orban Avropa İttifaqının rəhbərliyinə istefa verməyi tövsiyə edib
# 17 aprel 2024 07:31 (UTC +04:00)

Avropa İttifaqının (Aİ) rəhbərliyinin təşkilatın bir sıra əsas məqsədlərinə nail ola bilmədiyi üçün istefa vermə vaxtı çatıb.

APA xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban keçirdiyi mətbuat konfransında deyib.

“İndi Avropa İttifaqının davamlılıq siyasəti, miqrasiya siyasəti, sanksiyalar siyasəti və hərbi siyasət kimi özlərinin seçdiyi böyük layihələri olan liderləri var və onların hamısı uğursuzluğa düçar olub. Avropa İttifaqının indiki rəhbərliyi getməlidir, bizə yeni liderlər lazımdır”, - Orban qeyd edib.

Onun sözlərinə görə, təşkilat iştirakçılara təsir etmək üsullarından biri kimi siyasi şantajdan geniş istifadə edir.

Orban xatırladıb ki, Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen Macarıstana Aİ fondlarından maliyyə yardımı verməkdən imtina edib, çünki bu ölkənin “miqrasiya və anti-gender siyasəti” Brüsselin planlarına uyğun gəlmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR