Bank Of Baku

Paşinyan: Rusiyada yaşayan soydaşlarımızın əksəriyyəti bizim lehimizə səs verəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan

© APA | Ermənistanın Baş naziri Nikol Paşinyan

# 12 mart 2026 12:48 (UTC +04:00)

Baş nazir Nikol Paşinyan Ermənistan Xarici Kəşfiyyat Xidmətinin Ermənistanda keçiriləcək parlament seçkilərində müəyyən siyasi qüvvələri dəstəkləmək üçün digər ölkələrdəki Ermənistan vətəndaşlarına və iş adamlarına təzyiq göstərildiyi barədə bəyanatına münasibət bildirib.

APA “Armenpress”ə istinadən xəbər verir ki, Baş nazir bu məsələyə hökumətin iclasından sonra keçirdiyi brifinqdə toxunub.

Paşinyan qeyd edib ki, bu bəyanata əvvəlcə hüquqi qiymət verilməlidir: “Siyasi baxımdan mən artıq demişəm ki, nəzəri olaraq belə bir vəziyyət yaranarsa, Rusiyada yaşayan soydaşlarımızın əksəriyyətinin bizim lehimizə səs verəcəyinə şübhəm yoxdur”.

Baş nazir Xarici Kəşfiyyat Xidmətinin açıqlamasında hansı ölkədən söhbət getdiyinin niyə dəqiq göstərilmədiyinə də aydınlıq gətirib.

“Düşünürəm ki, gələcəkdə lazım gəldikdə daha ətraflı izahatlar olacaq”, - o əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR