Paşinyan helikopterinin məcburi eniş etməsi ilə bağlı açıqlama verib - YENİLƏNİB - VİDEO

Paşinyan helikopterinin məcburi eniş etməsi ilə bağlı açıqlama verib - YENİLƏNİB  - VİDEO
# 25 may 2024 11:23 (UTC +04:00)

“Əzizlərim, hər şey qaydasındadır. Əlverişsiz hava şəraiti ilə əlaqədar vertolyotumuz Vanadzorda planlaşdırılmamış eniş edib”.

APA xəbər verir ki, helikopterinin təcili enişinə münasibət bildirən Ermənistan Baş naziri Nikol Paşinyan bunu "Facebook" hesabında paylaşıb.

“İndi maşınla səyahətə davam edirik. Hər kəsə xoş gün arzulayıram”, - o əlavə edib.

***

11:01

Ermənistan Baş naziri Nikol Paşinyanın helikopteri Vanadzor stadionuna məcburi eniş edib.

APA xəbər verir ki, bu barədə Ermənistan Teleqram kanalları məlumat yayıb.

İlkin məlumata görə, baş nazir Paşinyan Taşirə gedirmiş.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR