Putin Baydenlə telefon danışığı planlaşdırmır

ABŞ Prezidenti Co Bayden, Rusiya Prezidenti Vladimir Putin

© APA | ABŞ Prezidenti Co Bayden, Rusiya Prezidenti Vladimir Putin

# 26 iyun 2024 14:20 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ lideri Co Bayden arasında telefon danışığı planlaşdırılmır.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Dünən Rusiya müdafiə naziri Andrey Belausov və Pentaqon rəhbəri Lloyd Ostin arasında telefon danışığı ilə bağlı suala cavab kontekstində Kremlin sözçüsü Putinin hələ ki Baydenlə telefon danışığı planlaşdırmadığını söyləyib.

Qeyd edək ki, iyunun 25-də ABŞ və Rusiya müdafiə nazirləri arasında telefon danışığı olub. Pentaqonun yaydığı məlumata görə, nazirlər Ukrayna ətrafındakı münaqişəni müzakirə ediblər. Eyni zamanda Ostin ABŞ və Rusiya hərbçiləri arasında əlaqə saxlamağın vacibliyini vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR