“Ermənistanın hazırkı baş nazirinin arxasında duran siyasi qüvvələr uzun müddətdir ki, Qərb standartlarını dəstəkləyirlər”.
APA-nın Rusiya bürosu xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.
Onun sözlərinə görə, hər bir suveren ölkənin prioritet, dəyərli standart və tərəfdaş hesab etdiyi şeyi seçmək hüququ var.
Putin qeyd edib ki, Ermənistanda Aİ-yə üzvlük prosesinin başlanması ilə bağlı qanunun qəbul edilməsi Rusiyada narahatlıq yaradıb.
"Bu qərar özlüyündə Ermənistanın hüququdur. Lakin Ermənistan Avrasiya İqtisadi İttifaqının bir hissəsidir və bunlar fərqli standartlardır", - o deyib.
Vladimir Putin vurğulayıb ki, Rusiya Aİ və Avrasiya İqtisadi İttifaqının tarixi perspektivdə eyni standartlara sahib olmasını istəyərdi.
"Və o zaman bu, geniş iqtisadi məkan olardı. Lakin buna indi nail olmaq mümkün deyil", - Putin əlavə edib.