Putin sanksiyaların Rusiya üçün müəyyən problemlər yaratdığını deyib

Rusiya Prezidenti Vladimir Putin

© APA | Rusiya Prezidenti Vladimir Putin

# 24 may 2024 18:04 (UTC +04:00)

Təhlükəsizlik məsələləri hər zaman Moskva və Minskin diqqətindədir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Minskdə keçirilən Rusiya-Belarus danışıqlarından sonra bildirib.

Onun sözlərinə görə, Rusiya və Belarus müdafiə təhlükəsizliyi sahəsində əməkdaşlığı gücləndirəcək: "Energetika Rusiya və Belarus arasında qarşılıqlı fəaliyyətin əsas sahələrindən biridir. Bu sahədə razılaşmalar həyata keçiriləcək. İnvestisiya əməkdaşlığı və yüksək texnologiyalar əməkdaşlığın prioritet istiqamətləri sırasındadır".

Putin əlavə edib ki, sanksiyalar Rusiya üçün müəyyən problemlər yaradır: "Sanksiyalar hiss olunur, lakin inkişaf imkanları da var".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR