Bank Of Baku

Putinin xüsusi nümayəndəsi Ukrayna ilə sülh sazişi üzrə irəliləyiş olduğunu bildirib

Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kiril Dmitriyev

© APA | Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kiril Dmitriyev

# 05 fevral 2026 11:47 (UTC +04:00)

Ukrayna ilə sülh sazişi üzrə irəliləyiş var.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Vladimir Putinin xüsusi nümayəndəsi Kiril Dmitriyev Rusiya, ABŞ və Ukrayna arasında Əbu-Dabidə keçirilən üçtərəfli görüşün gedişatı barədə danışarkən bildirib.

Putinin xüsusi nümayəndəsi Britaniya və Avropanın “müharibəni qızışdırmalarına” baxmayaraq, Əbu-Dabi danışıqlarında müsbət irəliləyiş olduğunu açıqlayıb.

“Görüşlər müsbət şəkildə davam edir. Şübhəsiz ki, inkişafı, yaxşı və müsbət irəliləyişi görürük”, - o vurğulayıb.

Dmitriyev Avropa və Britaniyanı danışıqlar prosesinə daim müdaxilə etməkdə və onu pozmağa çalışmaqda ittiham edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR