Bank Of Baku

Rusiya Baş prokurorluğu Talibanın terrorçular siyahısından çıxarılması üçün Ali Məhkəməyə müraciət edib

Rusiya Baş prokurorluğu Talibanın terrorçular siyahısından çıxarılması üçün Ali Məhkəməyə  müraciət edib
# 31 mart 2025 16:27 (UTC +04:00)

Rusiya Baş Prokurorluğu Taliban hərəkatını terrorçular siyahısından çıxarmağı xahiş edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Federasiyası Ali Məhkəməsinin mətbuat xidməti məlumata yayıb.

Bildirilib ki, Baş prokurorluq Taliban hərəkatının Rusiya ərazisində fəaliyyətinə qoyulan qadağanı müvəqqəti dayandırmağı xahiş edir.

Məhkəmə aprelin 17-də keçiriləcək iclasda Baş prokurorluğun müraciətinə baxacaq.

Qeyd edək ki, 2024-cü ilin dekabrında Rusiya prezidenti Vladimir Putin Talibanın terror təşkilatları siyahısından çıxarılmasına icazə verən qanunu imzalayıb.

Rusiya Federasiyasının Ali Məhkəməsi 2003-cü ilin fevralında Taliban hərəkatını terrorçu elan edib və təşkilatın Rusiyada fəaliyyəti qadağan edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR