Daha 75 ukraynalı Rusiya əsirliyindən geri qaytarılıb.
APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski "Facebook" hesabında paylaşıb.
Ptezident Zelenski bildirib ki, onların arasında Silahlı Qüvvələrin, Milli Qvardiyanın hərbçiləri, sərhədçilər və dörd mülki şəxs var.
"Onların hamısı artıq öz doğma torpaqlarındadır", Zelenski bildirib.
***
13:57
Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi aparılıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, qarşılıqlı olaraq 75 hərbi əsir dəyişdirilib.
"Əsirlikdə ölüm təhlükəsi ilə üzləşmiş 75 Rusiya hərbçisi Kiyev rejiminin nəzarətində olan ərazilərdən geri qaytarılıb, əvəzində isə Ukrayna Silahlı Qüvvələrinin 75 hərbi əsiri təhvil verilib", deyə Rusiya MN-nin məlumatında qeyd olunub.
MN-dən o da bildirilib ki, Birləşmiş Ərəb Əmirlikliləri Rusiya hərbi əsirlərinin qaytarılmasında humanitar vasitəçilik edib.
Fərid Əkbərov
Zümrüd Puşkin