Paşha Bank
Bank Of Baku

Rusiya MN: Son bir həftə ərzində Ukraynaya iki kütləvi və yeddi qruplaşdırılmış zərbə endirilib

Rusiya MN: Son bir həftə ərzində Ukraynaya iki kütləvi və yeddi qruplaşdırılmış zərbə endirilib
# 25 sentyabr 2026 13:08 (UTC +04:00)

Son bir həftə ərzində Rusiya qoşunları Ukraynaya iki kütləvi və yeddi qruplaşdırılmış zərbə endirib.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, zərbələr zamanı Ukraynadakı hərbi zavodlar, metallurgiya zavodları, enerji obyektləri, logistika və telekommunikasiya mərkəzləri və nəqliyyat obyektləri hücuma məruz qalıb. Bir sıra liman infrastruktur obyektləri sıradan çıxarılıb. On səkkiz gəmi vurulub.

Rusiya MN Ukrayna Silahlı Qüvvələrinin Xarkov vilayətində və Donetsk vilayətinin Dobropillya bölgəsindəki mühasirədən çıxmaq üçün bütün cəhdlərinin uğursuz olduğunu açıqlayıb. Qeyd olunub ki, Rusiya qoşunları hər iki ərazidə mühasirəni gücləndirir.

Rusiya Silahlı Qüvvələrinin son bir həftə ərzində Ukraynada 14 yaşayış məntəqəsini nəzarətə götürdüyünü açıqlayıb.

"Son bir həftə ərzində hava hücumundan müdafiə sistemləri Ukrayna Silahlı Qüvvələrinə məxsus 34 hava bombası, 12 HIMARS mərmisi, səkkiz Flamingo raketi və 6011 PUA-nı vurub. Ukrayna Silahlı Qüvvələri bir həftə ərzində 8500-dən çox hərbçi itirib", - Rusiya MN-nin məlumatında qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR