Bank Of Baku

Rusiya Rumıniyanın Sankt-Peterburqdakı Baş konsulluğunu bağlayır

Rusiya Rumıniyanın Sankt-Peterburqdakı Baş konsulluğunu bağlayır
# 25 iyun 2026 16:56 (UTC +04:00)

Rusiya Rumıniyanın Sankt-Peterburqdakı Baş konsulluğunu bağlamaq və Rumıniyanın baş konsulunu “persona-non-grata” elan etmək qərarına gəlib.

APA xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, bu addım Rumıniyanın may ayında Rusiyanın Konstansadakı Baş konsulluğunu bağlamasına və baş konsulu Andrey Kosilini “persona-non-grata” elan etməsinə cavab olaraq atılıb.

Moskva qərarla bağlı Rumıniyanın Rusiyadakı səfirini XİN-ə çağırıb və ona etiraz notası təqdim edib. TASS-ın məlumatına görə, səfir nazirliyin binasını tərk edərkən jurnalistlərin suallarını cavablandırmayıb.

Rumıniya mayın sonunda Rusiyanın Konstansadakı baş konsulu Andrey Kosilini “persona-non-grata” elan etmiş və konsulluğun fəaliyyətini dayandırmışdı. Buxarest bu qərarı Qalats şəhərində yaşayış binasına düşən və iki nəfərin yaralanmasına səbəb olan Rusiya pilotsuz uçuş aparatı insidenti ilə əlaqələndirmişdi.

Rusiya isə həmin vaxt Rumıniyanın qərarına cavab tədbirlərinin görüləcəyini bildirmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR