Bank Of Baku

Rusiyada baş vermiş qasırğa beş yaşlı qızın ölümünə səbəb olub

Rusiyada baş vermiş qasırğa beş yaşlı qızın ölümünə səbəb olub
# 04 iyul 2026 21:54 (UTC +04:00)

Rusiyanın Nijni Novqorod vilayətində baş verən qasırğa beş yaşlı qızın ölümünə və bir neçə nəfərin yaralanmasına səbəb olub.

APA xəbər verir ki, hadisə Arzamas rayonunun Vyezdnoye qəsəbəsində baş verib.

Arzamas meri Aleksandr Şçelokovun sözlərinə görə, tikinti konstruksiyaları qızın olduğu evin damına düşüb.

Güclü külək rayonun bir neçə kəndində fərdi evlərin damlarını qoparıb.

Yıxılan ağaclar Arzamas və ətraf ərazilərdə elektrik enerjisinin kəsilməsinə səbəb olub.

Bölgədə qəza-bərpa işləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR