Bank Of Baku

Rusiyada miqrantlarla bağlı sərtləşdirilmiş qaydalar bu gündən qüvvəyə minib

Rusiyada miqrantlarla bağlı sərtləşdirilmiş qaydalar  bu gündən qüvvəyə minib
# 05 fevral 2025 10:07 (UTC +04:00)

Rusiyada bu gündən daxili işlər orqanlarına ölkə ərazisində qeyri-leqal yaşayan miqrantların məhkəmə qərarı olmadan deportasiya etməyə imkan verən qanun qüvvəyə minib.

APA Rusiya mətbuatına istinadən xəbər verir ki, müvafiq dəyişikliklər 2024-cü ilin avqustunda "Rusiya Federasiyasında xarici vətəndaşların hüquqi statusu haqqında" federal qanuna edilib.

Qeyd edək ki, bu qaydalara əməl etməyənlər Rusiyada mənzil və ya avtomobil almaq, kredit üçün banklara müraciət etmək, nikaha daxil olmaq, habelə ölkə ərazisində sərbəst hərəkət hüququndan məhrum olunacaq.

Xatırladaq ki, Rusiya xeyli azərbaycanlı miqrant var.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR