Ermənistanın “Genetic Production” şirkətinin istehsalı olan “Monte” filminin Rusiyanın bir neçə şəhərində keçirilməsi planlaşdırılan nümayişləri dövlət qadağası səbəbindən baş tutmayacaq.
Bu barədə “Aysor” istehsalçı şirkətə istinadən məlumat yayıb.
Şirkət nümayəndələri dekabrın 5-də Moskvanın "Oktyabr" kinoteatrında baş tutmalı olan premyeranın ləğvinin onlardan asılı olmayan hallarla əlaqədar olduğunu bildirib.
Qeyd edək ki, filmin baş qəhrəmanı erməni terror təşkilatı ASALA-nın rəhbərlərindən biri, Qarabağda azərbaycanlıların soyqırımında iştirak edən və Ermənistanda milli qəhrəman statusuna yüksəldilən Monte Melkonyandır.