Bank Of Baku

Rusiyada supermarketdə qaz sızması baş verib: azı 9 nəfər zəhərlənib - VİDEO

Rusiyada supermarketdə qaz sızması baş verib: azı 9 nəfər zəhərlənib - VİDEO
# 29 iyun 2025 10:07 (UTC +04:00)

Rusiyanın Vladivostok şəhərində yerləşən supermarketdə qaz sızması nəticəsində azı 9 nəfər xəsarət alıb, onlardan bir neçəsi huşunu itirib.

APA xəbər verir ki, bu barədə SHOT telegram kanalı məlumat yayıb.

Məlumata görə, hadisə Borisenko küçəsində yerləşən “Remi” hipermarketində baş verib. Mağazanın əməkdaşları və alıcılar özlərini pis hiss etməyə başlayıb, öskürməyə başlayıblar, bir neçə nəfər isə huşunu itirib. Bundan sonra ticarət mərkəzində təcili olaraq evakuasiya elan edilib.

Hazırda kütləvi zəhərlənmənin səbəbləri araşdırılır. Prokurorluq yoxlamalara başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR