Bank Of Baku

Şalva Papuaşvili: Cənubi Qafqazda sülh Qara dəniz regionunun inkişafı üçün əsas şərtlərdən biridir

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili

© APA | Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili

# 29 oktyabr 2026 20:25 (UTC +04:00)

"Cənubi Qafqazda sülh Qara dəniz regionunun inkişafı üçün əsas şərtlərdən biridir".

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Türkiyə Cümhuriyyətinin qurulmasının 103-cü ildönümü münasibətilə Tbilisidə keçirilən rəsmi qəbulda çıxışında deyib.

Onun sözlərinə görə, Orta Dəhlizin inkişafı, nəqliyyat əlaqələrinin gücləndirilməsi və yeni iqtisadi imkanların yaradılması sülh və inkişaf üçün xüsusi əhəmiyyət kəsb edir.

Spiker qeyd edib ki, Gürcüstan və Türkiyəni dostluq və strateji tərəfdaşlıq birləşdirir.

"Əminəm ki, Gürcüstan və Türkiyə arasındakı dostluq gələcəkdə də möhkəmlənməyə davam edəcək və regional sülhün, sabitliyin və rifahın gücləndirilməsinə mühüm töhfə verəcək", - deyə Şalva Papuaşvili əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR