Stiv Uitkoff və Cared Kuşner 5-6 sentyabr tarixlərində əvvəlcə Moskvaya, daha sonra isə Kiyevə səfər edəcəklər.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko da Uitkoff və Kuşnerin şənbə günü Moskvaya, bazar günü isə Kiyevə səfər edəcəklərini bildirib.
***
10:32
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner yaxın günlərdə Kiyev və Moskvaya səfər edə bilərlər.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə TASS mənbəyə istinadən məlumat yayıb.
Bildirilib ki, Uitkoff və Kuşner yaxın günlərdə Moskvaya səfər etmək niyyətindədirlər.