Bank Of Baku

“The Economist”: Rusiyanın Ukraynaya qarşı müharibədə ümumi itkiləri 2,1 milyona çata bilər

“The Economist”: Rusiyanın Ukraynaya qarşı müharibədə ümumi itkiləri 2,1 milyona çata bilər
# 31 oktyabr 2026 13:14 (UTC +04:00)

Rusiyanın Ukraynaya qarşı müharibədə ümumi hərbi itkiləri 1,4–2,1 milyon nəfər təşkil edə bilər.

Bu barədə Britaniyanın “The Economist” nəşrinin yeni araşdırmasında bildirilib.

Araşdırmaya əsasən, Rusiya ordusunun ölən hərbçilərinin sayı 374–770 min nəfər arasında qiymətləndirilir. Yaralılar da nəzərə alınmaqla ümumi itkilərin 2,1 milyona çata biləcəyi ehtimal olunur.

Nəşrin əvvəlki hesablamaları ilə müqayisədə göstəricilər xeyli artıb. Belə ki, 2026-cı ilin mayında ölənlərin sayı 280–518 min, ümumi itkilər isə 1,1–1,5 milyon nəfər səviyyəsində qiymətləndirilirdi. 2025-ci ilin iyulunda isə bu rəqəmlər müvafiq olaraq 190–350 min və 900 min–1,3 milyon nəfər olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR