İspaniyanın Seuta şəhərində baş verən hadisələr təsadüfi deyil, rəqəmsal məkandan cinayətkarcasına sui-istifadə və dezinformasiyanın nəticəsi olub.
APA xəbər verir ki, bu barədə Mərakeş Daxili İşlər Nazirliyinin açıqlamasında bildirilib.
"Seuta və Melilya şəhərlərinə aparan sərhəd keçid məntəqələrində baş verən son hadisələr kortəbii və ya təsadüfi deyil, bir sıra amillərin birləşməsinin nəticəsi olub", - açıqlamada deyilir.
Daxili İşlər Nazirliyi qeyd edib ki, bunlara rəqəmsal məkandan zərərli istifadə, yanlış məlumatların yayılması, insan alveri şəbəkələrinin fəaliyyəti və hüquqi nəticələr olmadan Avropa ərazisinə asanlıqla daxil olmağa imkan verən müəyyən hüquqi və inzibati müddəaların səhv şərh edilməsi daxildir.