Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatları Rusiyanın Yaroslavl vilayətində yerləşən Yaroslavl Neft Emalı Zavoduna zərbələr endirib.
Bu barədə "Dialog.ua" məlumat yayıb.
Məlumata görə, avqustun 6-na keçən gecə Yaroslavl vilayətində pilotsuz uçuş aparatları təhlükəsi elan olunub. Səhər saatlarına yaxın şəhər sakinləri bir neçə partlayış səsi eşidiblər.
İddialara əsasən, zərbələrin hədəfi Rusiyanın ən iri neft emalı müəssisələrindən biri olan "Slavneft-YANOS" zavodu olub.
Məlumata görə, müəssisənin illik emal gücü təxminən 15 milyon ton xam neft təşkil edir.
Zavod Rusiyanın ən böyük beş neft emalı müəssisəsindən biri hesab olunur və həm ölkə daxilində, həm də ixrac bazarlarında neft məhsulları istehsal edir.