Bank Of Baku

Ukraynada döyüşmüş rusiyalı general həbs edilib

Ukraynada döyüşmüş rusiyalı general həbs edilib
# 01 oktyabr 2026 12:21 (UTC +04:00)

Rusiya ordusunun general-mayoru Sergey Nikituşkin həbs edilib.

“Mash” xəbər verir ki, Rusiya silahlı qüvvələrinin Döyüş Hazırlığı Baş İdarəsinin maddi-təlim bazası şöbəsinin rəisi Sergey Nikituşkin həbs olunub.

Dünən axşam 51 yaşlı zabit istintaq təcridxanasına göndərilib, onun ittiham olunduğu işin mahiyyəti hələlik məlum deyil.

Nikituşkin “xüsusi əməliyyat zonası”nın iştirakçısıdır, o, 9 dekabr 2024-cü ildə general-mayor rütbəsi alıb.

Onun Rusiya Federasiyasında tank poliqonlarının modernləşdirilməsi ilə məşğul olduğu bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR