Paşha Bank
Bank Of Baku

Uşakov: Putin və Tramp bu gün görüşə bilərlər

Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp

© APA | Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp

# 18 noyabr 2026 13:33 (UTC +04:00)

Rusiya və ABŞ prezidentləri bu gün görüşə bilərlər.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, Putin və Tramp bu axşam təntənəli şam yeməyi zamanı görüşə bilərlər.

Uşakovun sözlərinə görə, görüş formatından asılı olmayaraq, Putin və Trampın APEC sammitində tam söhbəti olacaq.

Kreml rəsmisi onu da qeyd edib ki, Putin və Tramp APEC sammiti zamanı bir neçə dəfə söhbətləşə bilərlər.

Qeyd edək ki, Rusiya və ABŞ liderləri Çində səfərdədir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR