Bank Of Baku

“Altılıq” və İran nüvə proqramı üzrə məsələlərin 85 faizini razılaşdırıblar

“Altılıq” və İran nüvə proqramı üzrə məsələlərin 85 faizini razılaşdırıblar
# 16 aprel 2015 22:41 (UTC +04:00)

Bakı-APA. İran və “altılıq” Tehranın nüvə proqramı üzrə məsələlərin 85 faizini razılaşdırıblar. APA-nın məlumatına görə, bu barədə “RİA Novosti”yə Rusiya XİN rəhbərinin müavini Sergey Ryabkov bildirib.

 

“Biz müzakirəni üzərində dayandığımız məqamlardan başlayacağıq, baxmayaraq ki, məsələlərin 85 faizi, bəlkə də daha çoxu, artıq razılaşdırılıb. Səylər tələb edən bir neçə məsələ var və, ən əsası, bunların hamısı razılaşmada öz əksini tapmalıdır”, deyə Ryabkov qeyd edib.  

 

O, həmçinin, növbəti görüşün aprelin 21-də ekspertlər səviyyəsində keçiriləcəyini əlavə edib.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR