Bank Of Baku

“Donetsk xalq respublikası” özünü müstəqil dövlət elan edib

“Donetsk xalq respublikası” özünü müstəqil dövlət elan edib
# 12 may 2014 17:27 (UTC +04:00)

Bu barədə APA UNİAN agentliyinə istinadən xəbər verir.

 

“Biz, Donetsk xalq respublikasının xalqı, 2014-cü il, mayın 11-də  keçirilən referendumun nəticələrinə görə, DXR-ın suverenliyi haqqında deklarasiyaya əsaslanaraq elan edirik ki, Donetsk xalq respublikası bundan sonra müstəqil dövlətdir”, - “Donetsk xalq respublikası” müvəqqəti hökumətinin həmsədri Denis Puşilin bəyan edib.

 

Həmçinin qondarma respublika Rusiya Federasiyasına onun tərkibinə qoşulmaq üçün müraciət ünvanlayıb.

 

Qeyd edək ki, mayın 11-də Ukraynanın Donetsk və Luqansk vilayətlərində regionların statusu barəsində referendum baş tutub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR