Bank Of Baku

“Facebook” Krımdakı istifadəçilərinin reklam akkauntlarını bloklayıb

“Facebook” Krımdakı istifadəçilərinin reklam akkauntlarını bloklayıb
# 10 iyun 2016 00:44 (UTC +04:00)

Bakı-APA.  “Facebook” sosial şəbəkəsi Rusiyaya birləşdirilən Krım əleyhinə tətbiq edilən sanksiyalara qoşularaq,   yarımadadakı istifadəçilərin reklam akkauntlarını bloklayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Krımın “baş naziri” Ruslan Balbek bildirib.    

 

Onun sözlərinə görə, sanksiyalar iyunun 1-dən tətbiq edilməyə başlayıb.  

 

“Biz “Facebook”un qərb siyasətçilərin  qərarlarına dəstək verməsinə təəssüf edirik. Bu tamamilə boş bir aksiyadır, bunun Krım müəssisələrinə heç bir mənfi təsiri olmayacaq”, -deyə Balbek bildirib.  

 

Krımın “baş naziri”  “Facebook”un  bu qərarının yalnız siyasi məna daşıdığını bildirib.

 

“Facebook”dan başqa “Instagram” sosial şəbəkəsinin də Krıma qarşı analoji sanksiyalar tətbiq etdiyi bildirilir.    

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR