APA-nın BBC-yə istinadən məlumatına görə, agentlik hesab edir ki, 2015-ci ildə Rusiya iqtisadiyyatını dərin böhran gözləyir, 2016-ci ildə isə zəifləmə davam edəcək.
İlin əvvəlində digər nüfuzlu "Fitch" agentliyi Rusiyanın suveren kredit reytinqini "BBB"-yə salmışdı. Beləliklə, hər iki agentlik Rusiyanın reytinqlərini investisiya dərəcəsinin aşağı səviyyəsinə endirib.