Bakı-APA. Rusiya kənd təsərrüfatı mallarına dövlət nəzarəti xidmətinin (Rosselxoznadzor) Orenburq yaxınlığındakı zibil poliqonda Türkiyə istehsalı olan 20 ton pomidoru məhv edib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, pomidorlar Rusiyaya Qazaxıstan ərazisindən daxil olub.
Faktla bağlı inzibati xətaya dair işə başlanılıb.
Qeyd edək ki, Rusiya yanvarın 1-dən etibarən pomidor da daxil olmaqla Türkiyədən bir sıra bitkiçilik məhsullarının ölkəyə tədarükünə qadağa qoyub