Bank Of Baku

Aleksey Ulyukayev: “Avropa istəsə, Rusiya “Cənub axını” boru xəttini inşa edəcək”

Aleksey Ulyukayev: “Avropa istəsə, Rusiya “Cənub axını” boru xəttini inşa edəcək”
# 26 noyabr 2014 11:10 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. “Avropa sabit qaz təchizatına ehtiyac duysa, Rusiya “Cənub axını” boru xəttini inşa edəcək”.  

 

APA-nın İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev deyib.

 

O qeyd edib ki, “Cənub axını” avropalı istehlakçılar üçün tranzit riskinin azaldılmasına zəmanət verən layihədir: “Avropalı istehlakçılar riskləri azaltmaq istəyirlərsə, “Cənub axını” boru xəttini inşa etməyə hazırıq. Belə bir istək olmadığı halda isə biz bu kəməri inşa etməyəcəyik. Rusiyanın həm Şərq, həm də Qərb üçün kifayət qədər “mavi yanacağı” var”.

 

Xatırladaq ki, “Cənub axını” layihəsi Cənubi və Mərkəzi Avropa ölkələrinə “mavi yanacağın” nəqli üçün 63 mlrd. kubmetr tutumu olan boru xəttinin inşasını nəzərdə tutur. Ötən il Avropa Komissiyası bu layihənin müəyyən tələblərə uyğun olmadığını açıqlayaraq antiinhisar istintaqa start verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR