Bakı. Zümrüd Paşayeva – APA. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) NATO ilə dialoqun qurulmasına yönəlmiş səyləri dayandırmaq qərarına gəlib.
APA-nın İTAR-TASS- a istinadən verdiyi xəbərə görə, bunu KTMT-nın baş katibi Nikolay Bordyuja təşkilatın parlament assambleyasında çıxışı zamanı deyib.
O, Avropa İttifaqı ilə NATO-nun Rusiya və KTMT-ya qarşı qeyri-konstruktiv mövqe sərgilədiyini qeyd edərək, bundan sonra ATƏT, Latın Amerikası, Çin və İranla əlaqələrin genişləndirilməsi istiqamətində addımlar atılacağını bildirib.
Xatırladaq ki, KTMT-yə Rusiya, Belarus, Qazaxıstan, Ermənistan, Qırğızıstan və Tacikistan daxildir.