Bank Of Baku

Aleksandr Lukaşenko Pyotr Poroşenkonu təbrik edib

Aleksandr Lukaşenko Pyotr Poroşenkonu təbrik edib
# 28 may 2014 10:41 (UTC +04:00)

Bakı - APA. Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyanın mövqeyini gözləmədən Pyotr Poroşenkonu Ukrayna prezidenti seçilməsi münasibətilə təbrik edib. APA-nın “korrespondent.net” saytına istinadən verdiyi məlumata görə, A. Lukaşenko P. Poroşenkoya vahid və çiçəklənən Ukraynanın möhkəmlənməsində uğurlar arzulayıb:

 

“Xalqlarımız arasında tarixi birlik, çoxəsrlik dostluq və qarşılıqlı yardım ənənələri ölkələrimiz arasında hərtərəfli əməkdaşlığın inkişafı üçün möhkəm təməl yaradır. Belarus hər zaman Ukrayna üçün etibarlı qonşu olub və olmağa davam edəcək. Ukraynanın sabit və güclü dövlət olması bizim üçün vacibdir”.  

 

Qeyd edək ki, Belarus Rusiya və Qazaxıstanla birlikdə Avrasiya İqtisadi Birliyinin təsisçisidir. ABŞ və Avropa Birliyi ölkələri P. Poroşenkonu təbrik etsələr də, hələlik Rusiya prezidenti Vladimir Putindən təbrik daxil olmayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR