Bank Of Baku

Ann Brassör Ermənistana səfər edəcək

Ann Brassör Ermənistana səfər edəcək
# 09 aprel 2015 14:27 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Avropa Şurası Parlament Assambleyasının prezidenti Ann Brassör aprelin 13-15-də Ermənistana rəsmi səfər edəcək. APA-nın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, o, ölkənin prezidenti, baş naziri, parlamentin spikeri və xarici işlər naziri ilə görüşəcək. Həmçinin AŞPA rəhbərinin parlament qrupları, Ermənistanın qurumdakı nümayəndə heyəti və vətəndaş cəmiyyətinin üzvləri ilə görüşü gözlənilir. Ann Brassör İrəvan Dövlət Universitetinin tələbələri ilə də görüş keçirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR