Bakı - APA. Qazaxıstanın paytaxtı Astanada Rusiyanın aparıcı informasiya agentliklərinin jurnalistləri polis tərəfindən saxlanılıb.
APA-nın "İnterfax" agentliyinə istinadən verdiyi xəbərə görə, saxlanılanlar arasında "Interfax-Kazakhstan", RİA "Novosti", TASS agentliklərinin və "Russia Today" telekanalının jurnalistləri olub.
KİV nümayəndələri 1 saat sonra sərbəst buraxılıb. "Bizə sənədlərimizi qaytardılar, lakin nə saxlanma səbəblərini izah etdilər, nə də üzr istədilər", - deyə jurnalistlərdən biri qeyd edib.
Qeyd edilir ki, jurnalistlər Astananın "Bayterek" monumenti yaxınlığında keçirilə biləcək razılaşdırılmamış mitinqi işıqlandırmaq niyyətində olub. Mitinq Torpaq Məcəlləsinə edilən dəyişikliklərə həsr olunub.