Bakı. Zümrüd Paşayeva - APA. ATƏT-in Ukraynadakı Xüsusi Müşahidə Missiyasının Luqanskdakı üzvləri ilə əlaqə kəsilib.
APA-nın xəbərinə görə, bu barədə ATƏT-in rəsmi internet səhifəsində məlumat yayılıb.
Bildirilir ki, missiya üzvləri Severodonetsk (Luqanskın 100 km şimalında) şəhərində silahlı şəxslər tərəfindən saxlanılıb: “Komanda 4 nəfər beynəlxalq XMM üzvündən və ukrayna dilini bilən bir köməkçidən ibarətdir”.
Qeyd edək ki, mayın 26-da Ukraynanın şərqində müşahidə aparan beynəlxalq müşahidəçilərdən ibarət başqa bir komanda ilə də əlaqə kəsilib.