APA-nın “Novosti Armeniya”ya istinadən yaydığı məlumata görə, aksiya iştirakçıları prezident seçkilərinin nəticələrinə və seçkilərin beynəlxalq standartlara uyğun keçirilməsinə dair xarici müşahidəçilərin rəyinə etiraz ediblər.
Aksiya iştirakçıları ilə polis arasında toqquşma baş verib. Polis iştirakçıları binanın qarşısını tərk etməyə çağırsa da, bu tələb yerinə yetirilməyib. Aksiyada səsvermə prosesində yol verilən pozuntulara dair videomateriallardan ibarət disk ATƏT DTİHB müşahidəçilərinə təqdim olunub.