Bakı. Hafiz Heydərov – APA. Moskvada MDB iştirakçı dövlətlərin Təhlükəsizlik Orqanları və Kəşfiyyat Xidmətləri Rəhbərləri Müşavirəsinin 13-cü iclası keçirilir.
APA-nın məlumatına görə, beynəlxalq və regional təhlükəsizliyin təmin olunması sahəsində kəşfiyyat fəaliyyəti üzrə əməkdaşlıq məsələlərinə həsr olunmuş iclasda Azərbaycanı milli təhlükəsizlik naziri, general-polkovnik Eldar Mahmudovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.