Bank Of Baku

Azərbaycanın xilas etdiyi “PALFLOT-2“ tankerinin heyət üzvləri Həştərxana aparılır

Azərbaycanın xilas etdiyi “PALFLOT-2“ tankerinin heyət üzvləri Həştərxana aparılır
# 24 aprel 2016 07:43 (UTC +04:00)

Bakı-APA. Aprelin 23-də Xəzər dənizində yanğın baş vermiş Rusiya Federasiyası bayrağı altında üzən “PALFLOT-2“ tankerinin heyət üzvləri Valeriy Kolıçev teploxodu ilə Həştərxana aparılır.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Astarxandakı Xidasetmə-Koordinasiya Mərkəzi məlumat yayıb.

 

Azərbaycan FHN-nin “Vixr-5“ və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “LİUTOGA“ gəmiləri isə “PALFLOT-2“ tankerini yedəyə alaraq Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu istiqamətində hərəkət edirlər.

 

Qeyd edək ki, 23 aprel 2016-cı il tarixində sahildən təqribən 110 km məsafədə üzən tankerdə yanğın baş verməsi barədə Azərbaycan Dövlət Dəniz Administrasiyasına "SOS" siqnalı daxil olub. Dərhal FHN və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin müvafiq qüvvələri hadisənin nəticələrinin aradan qaldırılması əməliyyatına cəlb olunub. Görülmüş operativ tədbirlər nəticəsində yanğın saat 18:06-da tam söndürülüb. Tankerin 11 nəfər heyət üzvündən 10 nəfər xilas olub, 1 nəfər - baş mexanik Kramcuk Andrey Vladimirovic itkin düşüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR