Bakı. Rəşad Süleymanov – APA. Belarusun Brest şəhərində MDB Sərhəd Qoşunları Komandanları Şurasının iclası başlayıb. APA-nın MDB İcraiyyə Komitəsinə istinadən verdiyi məlumata görə, tədbirdə qərb istiqamətində xarici sərhədlərdə vəziyyət və inkişaf tendensiyası, MDB iştirakçısı dövlətlərin sərhəd idarələrinin beynəlxalq təşkilatlar və yaxın ölkələrin sərhəd təhlükəsizliyi qurumları ilə qarşılıqlı əlaqələri müzakirə olunacaq.
Şura üzvləri həmçinin "Dövlət sərhədi haqqında" model qanunun layihəsinə dair şərhlərə baxacaqlar.
İclasda Azərbaycanı Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.