Bank Of Baku

BMT: Donbasdakı münaqişə qurbanlarının sayı 5800 nəfərə çatıb

BMT: Donbasdakı münaqişə qurbanlarının sayı 5800 nəfərə çatıb
# 24 fevral 2015 09:08 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Ukraynanın Donbas bölgəsində baş verən münaqişə nəticəsində ölənlərin sayı 5800 nəfərə çatıb.

 

APA-nın məlumatına görə, bu barədə BMT Humanitar məsələlər üzrə koordinasiya İdarəsinin yaydığı bəyanatda deyilir.

 

Bildirilir ki, münaqişə nəticəsində 1 milyondan artıq ukraynalı öz evini tərk etmək məcbur olub: “2014-cü ilin aprelindən Donbasdakı hadisələrin qurbanına çevrilən 5793 nəfərdən 63-ü uşaqdır. Hadisələr zamanı 14, 5 min nəfər, o cümlədən 169 uşaq xəsarət alıb”.

 

BMT həmçinin Ukraynanın hazırda ehtiyac duyduğu humanitar yardımın məbləğini də açıqlayıb - 316 mln. dollar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR