Bakı - APA. Birləşmiş Millətlər Təşkilatı (BMT) Ukrayna münaqişəsi zamanı həlak olanların və yaralananların sayını açıqlayıb.
APA BMT-nin İnsan haqları üzrə ali komissarlığının noyabr ayının 11-nə olan məlumatlara əsasən yaydığı açıqlamaya istinadən xəbər verir ki, münaqişənin əvvəlindən 4 132 nəfər həlak olub, 9 747 nəfər isə yaralanıb.
Qeyd edək ki, oktyabr ayının 31-nə olan məlumatlara əsasən, münaqişə zamanı ölənlərin sayı 4 035, yaralananların sayı isə 9 336 nəfər təşkil edib.